Sual: Bir nəfər öz xanımı ilə axşam cinsi əlaqədə olub. Ancaq qüsl etməmiş yatıb. Səhur yeməyi üçün də oyana bilməyib. Gec oyanıb. Oruca da niyyət edib. İşə getməli olduğu üçün qüsl almamış evdən çıxıb. O adam bu halda oruc tuta bilər?
Cavab: Cənabət halı oruc tutmağa maneə təşkil etmir. Muhəmməd peyğəmbərin (s. a. v.) xanımlarından Aişə anamız və Ümmü Sələmə də onun (Peyğəmbərimiz nəzərdə tutulur.) cənabət olaraq oyandığını, sonra da qüsl edib oruc tutduğunu bildiriblər. (Buxari, Savm, 22.)
İslam dininə əsasən hər hansı bir səbəbdən cənabət olan, yəni, qüsl etməli olan insan ən çox (uzaq başı) bir namaz vaxtı qədər cünub (cənabət halda) qala bilər. Bundan çox gözləmək, başqa sözlə desək, qüsl almağı gecikdirmək düzgün deyil; dini cəhətdən caiz hesab olunmur.
Bununla belə, bir insan gecə qüsl etməli olduğu bir vəziyyətdə yata bilər. Lakin sübh namazını qılmaq vacib bir ilahi əmr olduğuna görə o vaxt oyanmalı və namaz qıla bilmək üçün qüsl etməlidir. Bu halda oyanan bir şəxsin ilk işi qüsl edib sübh namazını qılmaqdır.
Oruc barədə digər bütün sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.