Sual: Spiral ucbatından baş verən və aybaşı vaxtından qabaq yaranan qanamalar qadının namaz qılmağını məhdudlaşdırırmı? Belə bir vəziyyətdə olan qadın heyzli hesab olunur? Namaz qıla bilər, yoxsa yox?
Cavab: Qadınlarda baş verən adət (heyz, aybaşı, menstruasiya) qanaması periodu maksimum 7 gün çəkir. Bu, tibbi olaraq da belədir. Həmin dövrün 7 gündən artıq davam etməsi, yaxud da gözlənilən/ehtimal olunan heyz vaxtındankənar (ara) qanama və ya ləkələnmələrin meydana gəlməyi bir xəstəliyin əlaməti ola bilər. Bu hallarda həkimə müraciət etmək lazımdır. Həkimlər lazımi müayinə və analizlərlə əgər varsa, xəstəliyi təqdiq və müalicə edirlər.
Ləkələnmə və menstruasiya müddətinin uzanması, eləcə də, heyz qanama həcminin çox olması həkimlər tərəfindən uşaqlıq yoluna yerləşdirilən spiralın kontrendikasiya və yan təsirlərindən hesab olunur.
Alimlər bu məsələni dini cəhətdən belə təhlil edirlər:
“7 günün xaricində ləkələnmə və gözlənilmədən baş verən ara qanama heyz halı deyil. Bu vəziyyət namaz qılmağı məhdudlaşdırmır; qadının namaz qılmağına dini cəhətdən bir maneçiliyi yoxdur. Ər-arvad arasında baş verən cinsi əlaqə üçün də maneə təşkil etmir.”
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa sual və cavablara da baxın:
http://www.muselmanlar.com/fitvalar/3090.html
http://www.muselmanlar.com/fitvalar/2874.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.