Müsəlmanlar
Zəkat alan şəxs və ya fond bunu tikinti işində işlədə bilər?

Zəkat alan şəxs və ya fond bunu tikinti işində işlədə bilər?

Sual: Tutalım ki, bir nəfər yaxud da bir fond zəkat alır. Həmin pulu tikinti işlərinə xərcləsə, olar?

Cavab: Təbii ki, işlədə bilər. Ehtiyacı olduğu sahəyə sərf edə bilər.

Sizə bundan təqribən 25 il qabaq baş vermiş bir hadisəni qısaca danışım. Bir dəfə Sultanhamam ((İstanbulda bir bölgə. Burada ticarətlə məşğul olan bir çox fima fəaliyyət göstərir. Yüzlərlə mağazanın yerləşdiyi bu bölgə qızğın bir al-ver mərkəzi kimi məşhurdur – redaktorun qeydi.)) tərəfdə çoxlu dükanları olan bir nəfər gəlib mənə şikayət etdi:

Ay müəllim, o günü bir kasıba zəkat verdim. Gedib o dəqiqə 1 kq gilas aldı. Evinə apardı. Ancaq mən özüm hələ evə gilas almamışam.

O vaxt mən ona belə cavab verdim:

– Elə isə sən də gilas al, apar evə. Sən niyə o adamın puldan necə istifadə edəcəyinə qarışırsan? Bundan sənə nə? Məgər gilası ancaq varlılar yeyə bilərlər? Kasıbın gilas yeməyə haqqı yoxdur? Məgər sən pulu o adama bəzək-düzək üçün vermisən? Deyirsən ki, Allahın razılığını qazanmaq üçün vermisən. Elə isə onun işinə qarışma. Axı zəkat bir ibadətdir. Sən onu yerinə yetir. Allah Təala hər şeydən xəbərdardır.

Yeri gəlmişkən, bizdən çox soruşulan suallardan birinə cavab olaraq deyim ki, zəkatı fond, dərnək və sairə kimi təşkilatlara da vermək olar. Bunda bir eyib yoxdur. Əgər həmin qurum zəkatı lazımi işlərə sərf edirsə, problem yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.