Müsəlmanlar

Rəsulullahın Quranı təbyin etməyi onu izah mənasına gəlirmi?

Sual: Peyğəmbər (s.a.s.) Quranı izah etmirsə, sünnə necə meydana gəlmişdir? “Təbyin” sözünün mənasını necə izah edə bilərsiz?

Cavab: Bəhs etdiyiniz məsələyə daha əvvəl saytımızda yer vermişdik.

Quranın dili Ərəbcədir. Uca Allah bir çox yerdə bunu xüsusilə qeyd etmişdir. Buna görə də onu başa düşmək üçün Ərəb dili qaydalarına rəayət etmək lazımdır. Ancaq Quranda qeyd edilən hər hansı bir məfhumunun mənasını əvvəlcə Qurandan çıxarmağa çalışmalıyıq. Məsələn: Quran təbyin məfhumunu hansı mənada işlətmişdir? Bunun üçün məfhumun bütün mənşələriylə bərabər Quranda qeyd edildiyi yerlər müəyyən edilməli, nəzərdə tutulan məna uyğunlaşdırılmalıdır. Bu, birinci mərhələdir. İkinci mərhələdə məfhumun məna yönündən başqa məfhumla əlaqəsi araşdırılmalıdır. İlk məfhumun uyğun məfhumlarla əlaqəsi araşdırılmalı, üstündə çalışılan sözün mənasına təsir edən bir vəziyyətin olub-olmadığı bilinməlidir. Məsələn, təbyin məfhumunun mənası ifadə edildikdə rəsul, nəbi, itaət, təbliğ, təfsil və təsdiq kimi bir çox məfhumun təbyin kəliməsi ilə əlaqəsi olduğu ortaya qoyulmalıdır. Bütün bunları yerinə yetirdikdə Ərəb dilinin prinsiplərinə Quranın da praktiki olaraq təsdiq etdiyi cəhətdən sadiq qalmaq lazımdır. Semantik çərçivə formalaşmağa başladıqda məntiqi tutarlılıq daxilində, eləcə də, Quranın bütünlüyü nəzərə alınmaqla tədqiqat obyekti olan məfhuma tərif verməyə cəhd edilməlidir. Quranın da təsdiq etdiyi yönüylə Ərəb dilinin qaydalarına uyğun olmalıdır. Əgər əldə edilən tərif həmin məfhumun qeyd edildiyi ayələrlə üst-üstə düşürsə, bunu düzgün bir tərifetmə-adlandlrma olaraq qəbul etmək olar.

Məlum olacağı kimi, orijinal dili Ərəb dili olan bir kitabın (Quran) hər hansı bir sözünə məna verməyi təkcə lüğətlərə və Ərəb dilinin qrammatikasına həvalə etmək olmaz. Ərəb qrammatikası və lüğətlər vasitədir; bu məsələdə son qərarı verən (son sözü deyən) bir mənbə deyil.

Təbyin kəliməsi, Quranda müxtəlif növləri və əlaqəli digər kəlimələrlə birlikdə təhlil ediləndə – Allaha nisbətlə- “izah etmək, ətraflı bir şəkildə ortaya qoymaq” mənalarına gəlir. Allah ayələrini izah etmiş, başa düşəcək şəklə gətirmiş, nəticədə açıq bir Kitab (kitabı mubin) meydana gəlmişdir. Təbyin məfhumu peyğəmbərlər də daxil insanlar üçün işlədildiyi vaxt isə,(əslində açıq olan kitabı) “olduğu kimi ortaya qoymaq” deməkdir. Yəni Quranın əslində ehtiva etdiyi izahatları ortaya çıxarmaq deməkdir. Bu yönüylə təbyin, peyğəmbərlərə və digər insanlara verilmiş bir vəzifədir. Buna görə də insanlar üçün ifadə ediləndə “saxlama” və “gizləmə” məfhumlarının ziddi ilə ifadə edilmişdir. Mövzunun ətraflı şəkildə izahı saytımızda təbyin başlığı altında vardır.

Rəsulullahın sünnəsinə gəlincə: Bu hikmətin məhsuludur. Quranın ehtiva etdiyi məlumatların, izahatların, əhkamın yəni hikmətin müəyyən bir səy nəticəsində ortaya çıxarılmasıdır. Rəsulullah hikməti təlim etmişdi. Yəni çıxarmış və yolunu insanlara öyrətmişdi. Mövzuyla əlaqəli ətraflı məlumat saytımızda Kitab və Hikmət başlığı altında vardır.

Suala cavab verdi: Fatih Orum ((İstanbul Universitetinin İlahiyyat fakültəsində müəllim, dosent.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.