Sual: Bizim atamız bundan 5 il qabaq rəhmətə getdi. Ondan bizə dövlət qulluqçusu maaşı və daşınmaz əmlak qaldı. Miras malları vərasət vasitəsilə anamıza və bizə - 4 uşağa bölündü. Amma biz onları anamıza həvalə etdik: Maaşı o alır, evdə o yaşayır və daşınmaz əmlakdan gələn kirayə gəlirlərini o götürür. Biz daşınmaz əmlakın qeydiyyatını anamızın adına aparmadığımız üçün bizdən küsüb! Sizin bizə bu məsələ ilə əlaqədar məsləhətiniz nədir?
Cavab: Mənim sizə məsləhətim budur: Ananıza miras mallarının dörddə birini veribsiniz. Onu azaldın, yəni, səkkizdə birini verin. Allahın kəlamı olan Qurana əsasən ananızın haqqı səkkizdə birdir. İstədiyi qədər sizdən küssün, istədiyi qədər qarğış etsin!
Təəssüf ki, bəzi valideynlər Allahın: “Ana-ataya yaxşılıq edin”, – əmrini itaət halına gətirirlər. Övladlarından onlara qeydsiz-şərtsiz itaət etməklərini tələb edirlər. Belə olmaz! Valideynlər də öz haqqını bilməlidirlər.
Nəticə olaraq, Qurana əsasən bu qadının mirasdakə payı səkkizdə birdir. Nə qədər bəd dua etsə də, heç bir təsiri olmaz. Allahdan qorxsun!
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Miras məsələləri ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/miras-vesiyyet
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.