Müsəlmanlar
Söz verdiyi işi vaxtında görməyənə pul cəriməsi tətbiq etmək olar?

Söz verdiyi işi vaxtında görməyənə pul cəriməsi tətbiq etmək olar?

Sual: Tutalım ki, 2 tərəf öz aralarında müqavilə bağlayırlar. Müqavilədəki ödənişi yerinə yetirməyən tərəfə müəyyən bir pul cəriməsi veriləcəyinə dair qərara gəlsələr, olar? Misal üçün, evi vaxtında tikib təhvil verməyən podratçının işi gecikdirdiyinə görə hər ay mənzilin qiymətinin 20 %-i qədər cərimə ödəməsi kimi. Yoxsa bu da faiz hesab olunur?

Cavab: Deyəsən bu sual ömründə ticarətlə heç məşğul olmamış bir şəxsin sualıdır. Mənzilin qiymətinin 20 %-i! Ödəməli olduğu kirayə haqqını nəzərdə tutsa, bu, bir qədər məntiqli olar.

Bəzən bu kimi məsələlərdə cəza/cəriməni şərt qoymaq işin vaxtında başa çatdırılması üçün lazımlı olur. Əgər borcun vaxtında ödənməməsi halında bir cəzanı şərt qoysanız, bu, faiz olar. Bayaq dərsdə oxuduğumuz  Quran ayəsində 2 mühüm məqam var idi. Biri bir-birinə borclanan, yəni, qarşılıqlı surətdə borclu olan tərəflər idi. Digəri isə tək tərəfli borclanmanı nəzərdə tuturdu. Tək tərəfli borclanmaq faizli işlərdə baş verir. Qarşılıqlı surətdə borclanma isə mal və xidmətin satışında olur.

Bu məsələdə əgər tərəflərdən biri heç bir məcburi (onu haqlı çıxardan tutarlı) səbəb olmadan öz öhdəlik və borcunu yerinə yetirməyibsə, məhz bu hərəkətinə görə ona müvafiq bir cərimə/cəza tətbiq etmək olar. Burada müvafiq sözü ilə nəzərdə tutulan məna belədir: onun yaratdığı problemin misli, yəni, ona bərabər olan bir cəza.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.