Müsəlmanlar
Hubbi lillah və buğzu lillah nə deməkdir?

Hubbi lillah və buğzu lillah nə deməkdir?

Sual: Hubbi lillah və buğzu lillah nə deməkdir?

Cavab: Hubbi lillah, sevdiyini Allah üçün sevmək; buğzu lillah isə sevmədiyinə və qəzəbləndiyinə Allah üçün qəzəblənmək deməkdir. Çünki Allah üçün sevilməyə və Allah üçün qəzəblənməyə layiq olanlar vardır. Bunlarla əlaqəli ayə və hədislər belədir:

“Möminlər! İnananları qoyub, kafirləri dost tutmayın. Allaha əleyhinizdə açıq bir dəlil verməkmi istəyirsiz?” (Nisə, 4/144)

“Möminlər! Yəhudiləri və Xristianları dost tutmayın. Onlar bir-birinin dostudur. Sizdən kim onları dost tutarsa, o da onlardandır. Allah zalımlar qrupunu yola gətirməz.” (Maidə 5/51)

“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlər arasından dininizə əhəmiyyət verməyib, əyləncə yerinə qoyanları və digər kafirləri dost tutmayın. İnanırsınızsa, Allahdan çəkinin.” (Maidə, 5/57)

“Möminlər! Əgər kafirliyi imana əvəz seçirlərsə, atalarınızı və qardaşlarınızı belə, dost tutmayın. Kim onları dost tutarsa, onlar özlərini bədbaxt etmiş olarlar. De ki: “Atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, mənsubu olduğunuz cəmiyyət, əldə etdiyiniz mallar, zəifləməsindən qorxduğunuz ticarət və bəyəndiyiniz mülklər əgər sizə Allahdan, elçisindən və Onun yolunda çətinliklərə sinə gərməkdən daha xoş gəlirsə, gözləyin, necə olsa, Allahın əmri gələcəkdir. Allah yoldan çıxan bir cəmiyyəti yola gətirməz.” (Tövbə 9/23-24)

“Allaha və axirət gününə inanan bir cəmiyyətin ataları, oğulları, qardaşları yaxud qohumları da olsa, Allaha, Rəsuluna düşmən olanlarla dostluq etdiyini görə bilməzsən. Buna görə Allah onların gəlbinə iman yazmış və qatından bir ruh ilə onları dəstəkləmişdir. Onları içində çaylar axan cənnətlərə qoyacaq, orada əbədi qalacaqlar. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Beləcə onlar Allahın tərəfində olanlardır. Yaxşı bilin ki, xilas olanlar da ancaq Allahın tərəfində olanlardır.” (Mücadələ, 58/22)

“Ey iman gətirənlər! Əgər mənim yolumda döyüşmək və razılığımı qazanmaq üçün yola çıxmısınızsa, mənim də düşmənim, sizin də düşməniniz olanlara istək göstərərək, gizli məhəbbət bəsləyərək onları dost tutmayın. Onlar sizə gələn həqiqəti inkar etmişlər. Rəbbiniz Allaha inandığınız üçün Peyğəmbəri  də, sizi də vətəninizdən çıxarırlar. Mən sizin saxladığınızı da, açığa çıxartdığınızı da ən yaxşı bilənəm. Sizdən kim bunu edərsə (onları dost edərsə), doğru yoldan çıxmış olur.” (Mümtəhinə, 60/1)

Əbu Ümamədən rəvayət edildiyinə görə Rəsulullah (s.a.s.) belə buyurmuşdur:

“Kim Allah üçün sevər, verdiyini Allah üçün verir, vermədiyini də Allah üçün verməzsə, imanını kəmalə çatdırır.” ((Əbu Davud, Sünnə, 15.))

Səhl b. Muaz b. Ənəs əl Cühenidən və atasından rəvayət edildiyinə görə, Rəsulullah belə buyurmuşdur:

“Kim Allah üçün verir və Allah üçün mane qoyarsa, Allah üçün sevər və Allah üçün qəzəb edərsə və Allah üçün nikahlanıb evlənirsə, o şəxsin imanı püxtələşmişdir.” ((Tirmizi, Qiyamət, 60.))

Ənəs ibn Malikdən (r.a.) rəvayət edildiyinə görə Peyğəmbər (s.a.s.) belə buyurmuşdur:

“Üç xüsusiyyət vardır ki; bunlar kimdə olursa o, imanın dadını dadmışdır:

1. Allah və Rəsulunu hər kəsdən çox sevmək.

2. Sevdiyini Allah üçün sevmək.

3. Allah onu küfür bataqlığından qurtardıqdan sonra təkrar küfrə dönməyi atəşə atılmaq kimi çirkin və təhlükəli görmək.” ((Buxari, İman 9, 14, İkrah 1, Ədəb 42; Müslim, İman 67. Əlavə bax. Tirmizi, İman 10.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.