Müsəlmanlar

İmam-camaatın dövlətdən maaş almağı düzgündür?

Sual: Məscidlərdə imam-camaatın arxasında durub cəm halda namaz qılırıq. Bu adamlar dövlətdən maaş alırlar. Mənə elə gəlir ki, bu, düzgün bir iş deyil. Dövlətdən maaş alıb namaz qıldırmaq, yaxud da maaş alıb namaz qıldırmaq düzgün deyil. Belə hesab edirəm ki, bu ibadətin müqabilində pul almaqdır. Bu barədə siz nə fikirləşirsiniz?

Cavab: Xeyr, bu şəxslər, yəni, imam-camaat dediyimiz pişnamaz mollalar namaz qıldırdıqları üçün pul almırlar. Aldıqları pul onlara ibadət üçün verilmir. Onlar məsciddə işlədikləri üçün, müəyyən bir vaxtda müəyyən bir məsciddə öz vəzifələrini yerinə yetirdikləri üçün maaş alırlar. Başqa cür desək, siz camaatdan bir nəfər kimi istədiyiniz məscidə gedə bilirsiniz. Onlar isə təyin edildikləri məsciddə olmağa məcburdurlar. Siz istədiyiniz bir vaxtda məscidə gedə bilirsiniz. Ancaq onlar müəyyən saatlarda mütləq müəyyən məsciddə olmalıdırlar.

Bir sözlə, bu insanlar pulu qıldırdıqları namazın müqabilində deyil, öz vaxtlarını bu işə ayırdıqları üçün alırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.