Sual: Sehr, cadu-piti, qələm çalmaq və sairə kimi əməllərlə ərlə arvadı bir-birindən ayırmaq mümkündür? Dində buna necə baxılır?
Cavab: Bu kimi şeylərin heç bir əsli və əsası yoxdur. Bununla belə, insanlara xeyli dərəcədə mənfi təsir edir. Onların psixoloji-psixi vəziyyətinə pis təsir göstərir. Məhz bu səbəbdən bir ayrılıq-boşanma baş verə bilər. Təbii ki, belə şeylərə mane olmaq, qarşısını almaq lazımdır.
Tez-tez soruşulan bir sual var: Cadunu necə sındırmaq olar? Təbii ki, bununla məşğul olan insanların yalanlarını üzə çıxartmaqla! Çünki bu, artıq peşəkar bir yalandır və mütləq ortaya qoyulmalıdır. Sübuta yetirilməlidir. Buna məhz bu yolla xitam vermək mümkündür.
Bu məsələdə ən vacib məqam isə cadu-piti kimi şeylərə “məruz” qalan insanlara mənəvi dayaq olmaqdır. Elə etmək lazımdır ki, onların özlərinə inamı artsın. Bunun üçün isə ən kəsə yol Quran ayələrini mənasını başa düşərək oxumaqdır. Çünki özlərini bu yolla güclü hiss edərlər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.