Müsəlmanlar

Al-verdə xeyir maksimum nə qədər olmalıdır?

Sual: Al-verdə xeyir uzaqbaşı nə qədər olmalıdır? 1 manata alınan bir malı 10 manata satmaq olar?

Cavab: Al-verdə belə bir qayda yoxdur. Əsas olan bazardır, bazardakı məzənnədir. Əsas odur ki, al-ver edənlər alıcıları – tərəf müqabili aldatmasınlar. Bunu əvvəllər də demişəm, siz al-verdə yüksək miqdarda xeyir götürün, heç kəs o pulu sizə yedirməz. Vəziyyəti başa düşən kimi – dərhal bazarı o maldan doldurar və bolluq yaranmağına səbəb olarlar. Nəticədə isə münasib bir qiymət yaranar.  Hətta bu, ucuzluğa səbəb olur. Ticarətin qaydası budur.

Bir sözlə, əsas olan azad bazardır. Ticarətin dadı-duzu da orada üzə çıxır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İslam hüququ və islam iqtisadiyyatı mütəxəssisi, İstanbul Universiteti, Türkiyə.))

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/732.html

http://www.muselmanlar.com/fitvalar/1873.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.