Sual: Mən toy etmək üçün şadlıq sarayı ilə xeyli qabaqcadan danışmışdım. Sonra gördüm ki, toy günü Rəqaib qəndili gecəsinə təsadüf edir. İndi nə edim? Qəndil gecələrində toy etmək olar? Günah deyil ki?
Cavab: Rəqaib qəndilində nişan və yaxud toy mərasimi keçirməyin dini cəhətdən bir eybi yoxdur. Burada əsas məsələ şadlıq sarayında keçirilən toydur. Belə ki, bir-birinə yad olan kişi və qadınlar şadlıq sarayında açıq-saçıq geyimlərlə bir yerdə olsalar və rəqs etsələr, Allah Təala buna razı olmaz. Yəni, bu hal dini cəhətdən məqbul deyil! Əsl diqqət yetirilməli olan məsələ də budur.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa cavablara da nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/qendil
http://www.muselmanlar.com/fitvalar/2260.html
http://www.muselmanlar.com/fitvalar/toy
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.