Müsəlmanlar

Məgər müşriklər Allaha şərik qoşduqlarını bilmirlər?

Sual: Biz: “Müşriklər Qiyamət günündə belə, Allaha şərik qoşmadıqlarına and içdikləri üçün əslində bunu dərk etmirlər”, - deyə bilərik? Eyni zamanda hansısa bir insan bilə-bilə və ya istəyərək Allaha şərik qoşa bilər? Əlavə olaraq, siz haqq yoldan çıxmaq məsələsini əksər hallarda dünyanı axirətdən üstün tutmaq kimi səciyyələndirirsiniz. Bəli, bu, düzdür. Ancaq ağıl işlətməmək də 1-ci tərifdəkindən zəif bir səbəb deyil. Belə olan halda, 2-ci səbəbi də (ağıl işlətməməyi) şirk günahının bir səbəbi kimi daha çox vurğulasanız, olmaz?

Cavab: Deyim ki, bunların ikisi də eynidir. Çünki öz ağlını işlətməyən bir insan bitib-tükənən bir ömür üçün qoyduğu sərmayə ilə bitib-tükənməyən axirət həyatı üçün qoyduğu sərmayənin arasında bir fərq qoymuş olur. Vəziyyət nəticə etibarilə belədir. Ağlını işlədən insan əslində axirət üçün cidd-cəhd edər. Odur ki, qeyd etdiyiniz hər iki məsələ eyni məqamda birləşrir.

Bununla belə, müşriklər şirk günahı törətdiklərini çox gözəl bilirlər. Bir nəfər onlara Quran ayəsi oxuduğu vaxt çox yaxşı anlayırlar. Amma bunları öz işlərinə sərf edən tərəfə çəkirlər, o cür başa düşürlər. Onlara: “Ağlınızı işə salın”, – dedikdə: “Bu iş ağılla başa gəlməz”, – cavabını verirlər. Hətta belə deyirlər: “Bizim dərgahımıza gələnlər ağıllarını bir kənara buraxıb gəlsinlər.” Yəni, özləri də bunu bilirlər. Özlərinin qoyun yerinə qoyulduqlarını bilirlər. Şəxsiyyətlərinin əllərindən alındığını çox yaxşı başa düşürlər. Lakin digərləri ilə eyni qrupun daxilində yaşadıqlarına görə, eləcə də, mənfəətləri naminə, ayaqlarını yerə möhkəm basmadıqları üçün, mütləq surətdə Allahdan başqa bir varlığa qul olmağı üstün tutduqlarına görə belə hərəkət edirlər! Özləri də bunun düzgün olmadığını lap yaxşı bilirlər. Əgər hal-hazırda bu dərs zalında vaxtilə müxtəlif dini camaat və təriqətlərin içində olanlar varsa, bu kimi problemlərin olduğunu gözəl bilir. O camaat, qruplaşma və təriqətlərdə psixoloji cəhətdən nə qədər çətinlik çəkdiyini yaxşı bilir. Və, indi də öz azadlığına qovuşduğunu bilir. Bunu da çox gözəl başa düşür. Məhz indi əsl insan olduğunu qavrayır.

Sözün kəsəsi, Allah Təala zalım deyil! Əsl çətin olan kafir olmaqdır. Müşrik olmaq çox çətindir! Çünki belə bir vəziyyətdə hər şeydən əvvəl məhz özünə qarşı mübarizə aparmalı olursan! Elə isə insanlar nə üçün kafir və müşrik olurlar? Müftə-müsəlləh yaşamaq üçün!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.