Sual: İki cinsli (xünsa) insanlar haqqında görüşümüz necə olmalıdır? Uşağı bu cür doğulanlar nə etməlidir?
Cavab: Fiqhdə buna “xünsa” deyilir. Tibb elmində isə bu, “hermafroditizm/intersex” deyilən iki cinslilik, genetik-xromosomal-cinsiyyət ilə uyğunsuz cinsi inkişaf halıdır. Bu vəziyyətdəki insanlarda xarici və daxili cinsi orqanlar ya tam inkişaf etməz, ya da fərqli yöndə inkişaf edir (kişi olan qadın kimi, qadın olan kişi kimi və ya qarışıq). Nəticədə bu vəziyyət, rəhmi bir inkişaf pozulmasıdır. Eyni əl, ayaq, ağız, burun və s. kimi orqanlarda görülən rəhmi inkişaf pozulması kimidir.
Əl, ayaq, ağız-burun və s. kimi orqanların da anadangəlmə anomaliya olan bir çağanın oğlanmı, qızmı olduğu, normal olan cinsi orqanlara baxaraq bilinir. Ancaq cinsi orqanlarında anomaliya olan bir çağanın cinsiyyətinə -ancaq cinsi orqanlarına baxaraq qərar verilə bilməz. Bunun üçün xromosom analizləri lazımdır.
Əlbəttə, məlumatlarımıza görə, cinsiyyətin döllənmə ilə birlikdə (ziqot mərhələsində) məlum olduğunu bilirik (xromosom quruluşu 46XY isə kişi, 46XX isə qadındır). Necə ki, bu vəziyyət yəni cinsiyyətin daha döllənmə ilə məlum olduğu bu ayədə bildirilməkdədir:
وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَى مِنْ نُطْفَةٍ إِذَا تُمْنَى
“İki cütü, kişini və qadını yaradan Odur. Ölçü qoyulduğu vaxt onları nütfədən/ziqotdan (yaratmışdır).” (Nəcm, 53/45-46)
Cinsiyyətə əsasən cinsi orqanların inkişafı
Cinsiyyət döllənmə anında məlum olduğu halda hamiləliyin ilk 7-ci həftəsinə qədər embriyonda kişi və ya qadınlıq yönündə bir inkişaf olmaz. Cinsi orqanların inkişaf müddəti 8-ci həftədən etibarən başlayır (fətal dövrü). Genetik cinsiyyət kişi – 46XY – isə qonadlardan (yumurta) kişilik hormonu (testesteron) buraxılır və bu hormon daxili və xarici orqanların kişilik yönündə inkişafını təmin edir (testis, epididim, vaz deferens, prostat, penis və skrotum inkişaf edir). Genetik cinsiyyət qadın – 46XX – isə testesteron buraxılmır və beləcə qadınlıq yönündə inkişaf təmin edilir (overler, uterus, tuba uterina, vagina, klitoris, labia major inkişaf edir). Qadınlıq yönündə inkişaf müddətinə yumurtalardan buraxılan östrojen hormonu təsir edir.
Ana qarnında kişi və ya qadın yönündə inkişaf edən bu müddətin hər hansı bir mərhələsində meydana gələn nöqsanlıq (əksik və ya artıq hormon istehsalı və ya kişinin ostrojene, qadının testesterona məruz qalması və s.), müxtəlif cinsi xəstəliklərə (xünsalığa) səbəb ola bilir. Cinsi orqanları kişi kimi görünən qadın, qadın kimi görünən kişi və ya ara formalar ola bilər.
Bu vəziyyətdə nə etməli?
Görünüşdə iki cinsiyyətli (xünsa) zənn edilən bu insanların mühüm bir bölümü kişi və ya qadındır. Ancaq xarici orqanlarına baxılaraq cinsiyyətləri bilinməz. Bunun üçün bəzi tibbi təhlillər və xüsusilə də xromosom analizi lazımdır. Xromosom quruluşu 46XY isə qadın, 46XX isə qadın olduğuna qərar verilir.
Xromosom analizi ilə cinsiyyət təyin edildikdən sonra ehtiyac olan müayinələr (dərmanla və ya əməliyyatla) edilir. Ancaq bunun üçün mütləq əlaqədar mütəxəssislərdən ibarət bir heyətin (uroloq, endokrinoloq, ginekoloq, psixoloq və s.) qərar verməsi lazımdır.
Xünsaların böyük bir bölümündə, xromosom analizi edilərək cinsiyyət təyin edilir. Ancaq çox az da olsa, qarışıq xromosom quruluşları ola bilər (mozaik tip və ya kimerizm faktları). Bunlarda 46XY (kişi) və ya 46XX (qadın) şəklində saf deyil, 45X/46XY vəya 46XX/46XY kimi qarışıq (mikst) xromosom quruluşları vardır. Bu cür xəstələrdə həm testis (kişi yumurta orqanı) həm də over (qadın yumrtalığı) ola bilir (ovotestis). Bu qrup xəstələrin cinsiyyətinə qərar verərkən çətinlik yarana bilər. Ancaq bu qarışıq tiplərdə belə, 50 %-dən çox olan xromosom qarışığına görə qərar verilə bilər. Əlbəttə ki, bu qərarı mütləq xüsusi mütəxəssis heyəti verməlidir.
Nəticə etibarı ilə doğulan hər insan – cinsi orqanlarında bəzi inkişaf pozulmaları olsa belə, həqiqətdə ya kişidir, ya da qadın… Necə ki, Allah Təala insanı kişi və ya qadın olaraq yaratdığını bildirməkdədir:
يَاأَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq.” (Hucurat, 49/13).
O halda yaradılan hər insan ya kişidir, ya da qadın. Üçüncü bir ara kateqoriya yoxdur. Xünsa olaraq görülənlər (iki cinsiyyətlilər) xüsusi mütəxəssislər tərəfindən tədqiq və ya müalicə edilə bilər. Anadangəlmə belə bir problemi olmadığı halda əməliyyatla cinsiyyət dəyişdirənlər (transseksuallar) isə tamamilə fərqli bir kateqoriyadırlar və bunun mövzumuzla bir əlaqəsi yoxdur.
Hazırlayan: Zəki Bayraqdar (dosent-həkim, urologiya mütəxəssisi).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.