Müsəlmanlar

Ölən şəxsin ruhunun bədəni ilə əlaqəsinin izahı

Sual: “İnsan öləndə ruhu ilə bədənin əlaqəsi tamamiylə kəsilirmi?” sualına verdiyiniz cavabı oxuyanda biraz ziddiyyət gördüm, sizə soruşmaq istəyirəm: “Təriqətçiliyə Baxış” kitabınızda ölülərə səslərin eşitdirilməyəcəyini, ölən bir insanın dünya ilə əlaqəsinin qalmadığını və qiyamətə qədər də olmayacağını deyirsiz. Əgər saytdakı cavabınız doğruysa, digərləri nə deməkdir? İzah edə bilsəniz, sevinərəm.

Cavab: İnsan ruh ilə bədənin birləşmiş halıdır. Bədən ruhun evi kimidir; otura biləcək hala gələndə oraya yerləşdirilir. Ruh bədəni yuxuda ikən və bir də ölüm əsnasında tərk edər. Quran hər iki vəziyyəti də “vəfat” kəliməsi ilə ifadə edər. Aşağıdakı ayə bunu izah etməkdədir:

“Allah ölüm əsnasında ruhları vəfat etdirir, ölməyənkiləri də yuxuda vəfat etdirir. Ölümünə hökm etdiyini saxlayır, o birini müəyyən bir vaxtda qədər buraxır. Bunda düşünən bir cəmiyyət üçün ayələr vardır.” (Zümər 39/42)

“Gecə sizi vəfat etdirən, gündüz nə etdiyinizi bilən Odur. Sonra müəyyən müddət dolana qədər səhər sizi qaldırır.” (Ənam 6/60)

Vəfat ruhun bədəndən çıxarılmasıdır. Yatan və ölən ruh deyil, bədəndir. Yuxu bədənin istirahəti olduğu kimi, ölüm də sonsuz axirət həyatına uyğun olaraq yenidən yaradılması üçün məcburidir.

Qurana görə ölüm bir yuxu, qəbir bir yatma yeri, öldükdən sonra dirilmə də yuxudan oyanmaqdan başqa bir şey deyildir. Yatan adam yuxuda nə qədər vaxt keçdiyini bilməz. Ölü də eynidir. Necə ki, Quranda ölü və yatanla əlaqəli iki nümunə verilir.

Əshab-i Kəhf mağarada 309 il yatmışdı (Kəhf 18/25) Allat Təala onlarla əlaqəli deyir ki:

“Bir-birinə soruşsunlar deyə onları oyandırdıq. Aralarından biri: “Nə qədər qaldınız?” deyə soruşdu. “Bir gün, bəlkə də daha az qaldıq” deyə cavab verdilər.” (Kəhf,18/19)

Ölümlə əlaqəli ayə də budur:

“Bunu da görmürsüzmü? O, çardaqları çökmüş və divarları üstünə yıxılmış bir şəhərə rastlamış: “Allah buranı məhvindən sonra necə dirildəcək?” demişdi. Bunun müqabilində Allah onu orada yüz il ölmüş halda buraxdı, sonra qaldırdı və “Nə qədər qaldın?” deyə soruşdu. O da “Bir gün, bəlkə də bir gündən az qaldım.” Dedi. Allah buyurdu ki: “Yox, tam yüz il qaldın. İndi yeyəcəyinə və içəcəyinə bax, xarab belə olmamış. Bir də bu eşşəyinə bax. Səni insanlara bir ibrət göstərək deyə bunu elədik. Sümüklərə bax onu necə birləşdirəcəyik, sonra da ətə büründürəcəyik.” Bunlar tamamiylə məlum olunca belə dedi: “Mən artıq başa düşdüm ki, Allahın gücü həqiqətən hər şeyə yetər.” ( Bəqərə, 2/259)

Yüz il ölü qalıb dirilən ilə 309 il yuxuda qalanlar orada “Bir gün vəya bir gündən az.” Qaldıqlarını zənn edirlər.

Yatan adam bədənindən necə xəbərsiz isə ölü də xəbərsizdir. Bədən canlı olduğu üçün yatanın ruhu gəlib təkrar eyni bədənə girər. Yuxarıdakı ayədə; “Ölümünə hökm etdiyini saxlayır” (Zümər 39/42) buyurulmuşdur. Yəni Allah ölümünə hökm etdiyi bədəndən ayrılan ruhu saxlayır, bədənə geri göndərməz. Axirətdə bədən təzədən yaradılıb ruh ilə birləşincə, adam özünü yuxudan oyanmış kimi hiss edər və “Bizi yatdığımız yerdən kim qaldırdı?” (Yasin,36/51-52) deyər. Bədən torpaqda çürümüş, yenidən yaradılmış; ancaq o bunu hiss etmir, yatıb oyandığını zənn edir! Aradan keçən zamanın da şüurunda deyil. Bilavasitə ölüm bizə bir yuxu qədər, qiyamət də yuxudan oyanmaq qədər yaxındır.

Peyğəmbərimiz (s.a.v.) belə demişdir:

“Hər qul, nə üzərə öldüysə o şəkildə dirildilir.” (Müslim, Cənnət, 83-(2878)

Vəda Həccində biri minəyindən düşmüş, boynu qırılmışdı. Muhamməd (s.a.v.) buyurdu ki: “Onu su və sidr ilə yuyun, iki parça bez içində kəfənləyin, ətir sürtməyin və başını örtməyin. Çünki o, qiyamət günü təlbiyə gətirir vəziyyətdə qaldırılacaqdır.” (Buxari, Cənaiz, 20)

Peyğəmbərimiz o şəxsin ölümünü, ehramlı bir hacının yatması kimi saymışdır. Ehramlı ətir sürtməz, yatanda başını örtməz. Yuxudan qalxanda da təlbiyə gətirir.

Görüldüyü kimi aşağıdakı lingdə verilən cavabla Təriqətçiliyə Baxış kitabının “Ölüdən kömək istəmə” bölümündə izah edilənlər arasında hər hansı bir ziddiyyət yoxdur. Dirilərin ölülərə səslərini çatdıra bilməmələri və ölülərin dirilərə kömək edə bilməməsi başqa bir şeydir; ruhun ölmüş bədənin parçalarının olduğu qəbirlə əlaqəsini kəsməmiş olması başqa bir şeydir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.