Sual: Ərli olan bir qadın valideynlərinə mütləq baxmalıdır? Yəni, buna məcburdur, yoxsa yox?
Cavab: Əgər həmin qadının ata-anasına baxan başqa bir şəxs yoxdursa, təbii ki, ərdə olsa da, baxmalıdır. Əgər əri buna razı olmursa və qadının özünün maddi imkanı varsa, bu çərçivədə onlara dəstək olmalıdır. Yəni, imkan daxilində gedib gəlməlidir. Təbii ki, öz evindəki qayğıları bir kənara qoymamaq şərti ilə. Əgər ata-anasına baxan başqa qardaş-bacıları varsa, özü də maddi bir imkana malikdirsə, valideynlərini maddi cəhətdən dəstəkləməlidir. Çünki Qurandakı: “Ata-ananla dünyada gözəl bir formada dostluq et!”, – əmri həm qadına, həm də kişiyə şamil edilir. Bir başqa ayədə: “Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik…” – buyurulmaqdadır.
Suala cavab verdi: Abdulaziz Bayındır ((Professor, İstanbul Universiteti İlahiyyat fakültəsinin müəllimi, Türkiyə.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.