Müsəlmanlar
Tenderi qabaqcadan müəyyənləşdirilən şirkətə vermək düzgündür?

Tenderi qabaqcadan müəyyənləşdirilən şirkətə vermək düzgündür?

Sual: Tutalım ki, bir sahə ilə əlaqədar olaraq tender elan edilir. Tələbnamədə elə şərtlər qoyulur ki, sadəcə olaraq müəyyən bir şirkətə aid olur. Yəni, tenderin qalibi qabaqcadan müəyyən edilir: Şərtlər sırf o şirkət udsun deyə, tənzimlənir. Beləcə, tenderdə iştirak etmək istəyən başqa firmaların qarşısı kəsilir. Bu məsələ İslamda necə qiymətləndirilir?

Cavab: Əgər tender elan edən şəxs işin əsl sahibidirsə, bunda bir problem olmaz. Tenderi istədiyi firmaya verə bilər.

Lakin dövlət və ya böyük şirkətlər üçün işləyən şəxslər qüvvədə olan normal tender qaydalarının əksinə, kimə isə haqsız rəqabət imkanı versə, bu, halal olmur. Əlavə olaraq, müəyyən bir qazanc yaratmaq və bunu bölüşmək məqsədilə belə bir işə girişmək də halal deyil.

Xüsusilə də dövlət və xalq mallarını idarə edən şəxs və təşkilatlar bu məsələdə çox həssas hərəkət etməlidir. Onlar bir növ əmanətçisi olduqları xalqın malını haqsız yerə yeməməli, başqalarına da yedirməməlidirlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.