Sual: Xüsusilə təriqət sahəsində çox danışılan, vəlinin kəraməti olaraq irəli sürülən “tayy-i məkan” mövzusunu soruşmaq istəyirəm. Şeyx əfəndi həm həccdə, həm də ölkəsindəki bir adamın cənazəsində eyni vaxtda ola bilir! Olduğum yerdə and içərək bunu danışırlar və görənləri şahid göstərirlər. Bir başqa mövzu da bu şeyxlərin insanların içindən keçənləri bilməsi...Dostum “şeyx mənim içimdən keçəni bildi” deyə, iddia edir. Mən ona bunun şeytanın bir oyunu olduğunu desəm də, inandıra bilmədim. Həqiqətən, şeytan bunları bacarırmı? Onların qılığına girib yoldan çıxarda bilərmi?
Cavab: “İcində olduğu məkanla bərabər eyni anda başqa yerlərdə də görünmək” mənasına gələn tayy-i məkan deyə bir şey ola bilməz. Şahid gətirdikləri adamlarla görüşmək istədiyinizi deyin, heç biri bunu gördüyünu ifadə etməyəcəkdir. Gördüyünü deyən olarsa and verin. Çünki bu cür şeylər təşkilatlı yalanlardır. Bir şeyin olmadığı deyil, olduğu isbat edilir. Bu səbəblə isbat etmək bizə deyil, iddia edənlərə düşər. Siz onlardan bunu ayət və hədislərlə isbat etmələrini istəyin. Sizə hər zaman olduğu kimi, Nəml surəsinin 38-40 ayələrində keçən: “Bəlqisi təxtinin Yəməndən Qüdüsə gətirilməsi” hadisəsini irəli sürərlər. Biz bunu saytımızın digər sual bölümündə izah etmişik.
Şeyxlərin insanların içindən keçən şeyləri bilməsinə gəlincə: Allah Təala üstümüzdə vəzifələndirdiyi mələklərlə əlaqəli olaraq belə buyurur:
“Üstünüzdə qoruma vəzifəliləri vardır; onlar dəyərli yazıçılardır. Nə etsəniz bilirlər.” (İnfitar, 82/10-12)
“Bu bir həqiqətdir ki, insanı yaradan bizik. Ona şah damarından da yaxın olduğumuzdan içinin ona nə fısıldadığını bilirik.
Sağında və solunda oturmuş iki qeydiyyat məmuru olur.
Bu səbəblə ağzından çıxan hər sözü qeyd üçün hazır gözləyən mütləq bir gözcü vardır.” (Qaf, 50/16-18)
Fikir versəniz, bu mələklər içimizdə olanları deyil, ancaq “etdiklərimizi” bilirlər. Demək ki, Allah insanın içini bildiyi halda mələklər ancaq ağızdan çıxan sözü bilə bilirlər.
İnsanların içindən keçənlər qeybdir və qeybi nə insan, nə mələk, nə cin, nə də Allahın elçiləri bilə bilirlər.
Allah Təala belə buyurur: “De ki, göylərdə və yerdə heç kimsə qeybi bilməz, onu ancaq Allah bilir.” (Nəml 27/65)
Bir çox ayədə “insanların qəlblərində/içində olanı ancaq Allahın bildiyi” xüsusiylə ifadə edilməkdədir. Digərləri isə ancaq təhmin edə bilərlər; təhminləri də bəzi hallarda tutar, bəzən də tutmaz. Əslində belələri elə ümumi şeylər deyərlər ki, biri tutmazsa digəri tutar və heyranlarını qandırmağı bacarırlar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.