Müsəlmanlar
Quranın zikr olması

Quranın zikr olması

Sual: Quranın zikr olması barədə bir sualım var: Əgər zikr sözünü xatırlatmaq mənasında götürsək, belə çıxır ki, Quran tək başına bir məqsəd deyil, bəzi şeyləri xatırladan bir vasitədir? Yəni, zikr özlüyündə qiymətlidir, yoxsa xatırlatdığı şeylərə görə qiymətlidir? Və zikrdən ona keçmək lazımdır?

Cavab: Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu ağla və dilə gətirməyə zikr deyilir (Rağib Əl-İsfahani, Müfrədat, ذ كر bəndi).

Başlara yerləşdirilib istifadəyə hazır vəziyyətdə saxlanan əsl məlumat Allahın kitabında olandır. Buna görə də ilahi kitabların ümumi adı elə zikrdir. Allah buyurur:

أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Bilin ki, qəlblər Allahı zikr etməklə aram olub rahatlıq tapar” (Rəd, 13/28).

Bunlar Allahın nazil etdiyi kitablardır. Bununla yanaşı, Allahın yaratdığı kitab, yəni, varlıqlar aləmi var. Orada müşahidə olunan şeylər də bir ayədir. Quranda bu barədə belə deyilir:

سَنُرِيهِمْ آَيَاتِنَا فِي الْآَفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ

“Biz ayələrimizi onlara həm ətraflarında, həm də öz daxillərində göstərəcəyik. Nəhayət, onun həqiqət olduğunu yaxşıca başa düşəcəklər” (Fussilət, 41/53).

Varlıqlar aləmindən götürülən (öyrənilən, əldə edilən) düzgün biliklər də zikrdir. Bu biliklərlə Allahın kitabı arasında bütöv bir uyğunluq var.

 

Peyğəmbərlər insanları təzəkkür etməyə çağırıblar. Təzəkkür isə öz növbəsində insanların zehnində mövcud olan biliyi hərəkətə keçirmək-canlandırmaq, yəni, xatırlamaqdır. Peyğəmbərlərin vəzifələri təzkir, yəni, xatırlatmaqdır (Ğaşiyə, 88/21). İbrahim peyğəmbər (ə. s.) bütə sitayiş edənlərə (bütpərəst): “Siz təzəkkür etmirsinizmi?”, – deməklə: “Siz mənim dediklərimi öz ətrafınızdan öyrəndiyiniz məlumatlarla müqayisə edib etdiyiniz səhvi görmürsünüz?”, – də deyirdi. Bu onları özlərini daxilən haqq-hesaba çəkməyə çağırışdır.

Ona görə də zikr universal xüsusiyyətə malik doğru məlumat deməkdir. Allahın kitabı bu xüsusiyyəti daşıyır.

Materialdan istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.