Müsəlmanlar

Quranda körpəni süddən kəsməklə əlaqədar ayə var?

Sual: Mənim 2 yaşını keçmiş bir qızım var. Hələ də süd əmir. Bilmək istərdim, bir körpə maksimum neçə yaşa qədər anasından süd əmə bilər?

Cavab: Təbii ki, Quranda belə ayə var. Orada bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə və (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.” (Bəqərə, 2/233)

Bu ayəyə əsasən körpəyə südvermə (əmizdirmə) müddəti 2 ildir. Bununla belə, əgər körpənin ata və anası birgə qərar versələr, onu 2 il başa çatmadan da süddən kəsmək olar. Amma ayədən belə başa düşülür ki, 2 yaşına çatan körpə artıq süddən kəsilməlidir.

Oxşar bir sual və cavabı ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3495.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.