Müsəlmanlar
Həzrəti İbrahimə nə üçün tapşırıldı ki, kəsəcəyi quşları özünə isinişdirsin?

Həzrəti İbrahimə nə üçün tapşırıldı ki, kəsəcəyi quşları özünə isinişdirsin?

Sual: Qurandan məlum olur ki, Allah Təala İbrahim peyğəmbərə belə bir tapşırıq verib: “Kəsəcəyin quşları özünə öyrəşdir!” Bunun səbəbi nədir?

Cavab: Ölüm və diriliş yuxu və yuxudan oyanmaq kimidir. Yatmazdan əvvəl əldə etdiyiniz biliklər yatıb oyandıqdan sonra da davam edir. Tutalım ki, sizin bir göyərçininiz var. Onu özünüzə öyrəşdirmisiniz. Məgər o göyərçin yuxudan ayıldıqdan sonra bu vərdişini unudur? İbrahim əleyhissəlamın əhvalatı da belədir. Quşlar o şağırdığı vaxt gəlməli idi. Əlavə olaraq, onda gələn quşların öz quşları olduğuna dair qənaət yaranmalı idi. Odur ki, başqa quşları çağırdıqda gəlməz. Allah Təalanın İbrahim peyğəmbərə belə bir tapşırıq verməyinin səbəbi də budur. Ona: “Sonra onları parçala və hər birini bir dağın başına qoy”, – deyir. Təbii ki, həmin quşlar o dağlarda çürüyürlər. Bu mərhələdə yerin qanunları qüvvədə olur. Amma diriliş məsələsində xüsusi bir qayda var; bunu da Allah İbrahim peyğəmbərə məxsus olaraq qoyub. Bu, əslində müstəqil bir dərs üçün müstəqil bir mövzudur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.