Müsəlmanlar

Ali-İmran surəsinin 103-104-cü ayələri

Sual: Xahiş edirəm, Ali-İmran surəsinin 103-104-cü ayələrini izah edin.

Cavab: Həmin ayələrdə belə deyilir:

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.”

Bunlar müsəlmanlarla əlaqədar hökmlərdir. Buradan çıxan nəticəyə əsasən Allahın kitabından tutmaq, onun hökmlərinə əməl etmək, bir-birimizə yaxşı əməlləri aşılamaq və pis işlər barəsində xəbərdar etmək lazımdır. Allah bizim hamımızı belə müsəlmanlardan etsin.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.