Müsəlmanlar
Adəm və Həvvadan savayı birbaşa torpaqdan xəlq edilən insan var?

Adəm və Həvvadan savayı birbaşa torpaqdan xəlq edilən insan var?

Sual: Adəm və Həvvadan başqa elə bir insan varmı ki, torpaqdan yaradılsın? Belə bir şey olubmu?

Cavab: Quran ayələri açıq-aydın göstərir ki, Adəm və Həvvadan başqa birbaşa torpaqdan yaradılan insan olmayıb. Deyilir ki, onun nəslindən gələnləri zəif bir sudan yaratdıq. Deməli, bu mərhələdən sonra insanlar ana və atadan dünyaya gəliblər. Sadəcə olaraq Adəm əleyhissəlam və Həvva anamız bir bitki kimi yaradılıblar. Ancaq ilk yaradılış kimi təzədən yaradılış olacaq. Yəni, biz təkrar bitki kimi yaradılacağıq. Buna ikinci bir misal yoxdur.

Qeyd edim ki, burada ağlınıza İsa peyğəmbərlə əlaqədar bir sual gələ bilər. Çünki Allah Təala İsa əleyhissəlamın yaradılışını Adəm peyğəmbərin yaradılışına bənzədir:

“Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.” (Ali-İmran, 3/59)

Məlumdur ki, İsa peyğəmbər atasız yaradılıb. Bu baxımdan onun yaradılışı ilk insan olan Adəmin yaradılmasına oxşadılır. Burada Məryəm anamızın rəhmi Adəm və Həvvanın formalaşdığı bataqlığa oxşadılır; yəni, buna belə bir işarə var.

Əlavə olaraq, Allah İsa peyğəmbərlə əlaqədar olaraq belə buyurur:

“Həqiqətən, İsa təzədən dirilişin əlamətidir.” (Zuxruf, 43/61)

İnanıram ki, təzədən dirilişlə əlaqədar məlumatlar təqdiq edildiyi vaxt İsa əleyhissəlamın üzərində xüsusilə durmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.