Sual: Mən qızıma ad qoymaq istəyirəm. Bunun üçün araşdırma aparıram. Bilmək istəyirəm: İbrahim peyğəmbərin xanımının adı Sara olub, yoxsa Sarə? Bunlardan hansı düzdür?
Cavab: Sara və Sarə-nin arasında bir fərq yoxdur. Bu adın orijinalı (سارة) dir. Ərəb dilində “r” hərfi (ر) “fəthə” işarəsi ilə yazıldıqda “ra” kimi tələffüz edilir. (رفاح) “rafah”, (رفيق) “rafiq” kimi. Bununla belə, bu sözlər bizim dilimizə “rifah” və “rəfiq” kimi keçib. Yəni, Ərəb dilindəki “ra” hərfi bizim dilimizə keçən Ərəbcə sözlərdə “rə” formasında oxunur.
Sara və Sarə də bu qəbildən olan sözlərdəndir. Hər ikisi eynidir. Odur ki, kiminsə sizi bu məsələdə şübhəyə salmağına icazə verməyin.
Sara adı ilə əlaqədar qısa bir cavabımızla burada tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1697.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.