Sual: Son vaxtlarda azan duası camaatla edilir. Sualım belədir: Azan duası birlikdə edilməlidir yoxsa, hər kəs özü eləsə, daha yaxşıdır?
Cavab: Azan duasında sünnəyə müvafiq olan azana qulaq asan şəxsin duanı tək başına dua etməyidir. Mənbələrdə qeyd edilir ki, Muhəmməd peyğəmbər (s. a. v.) azan oxunarkən müəzzinin oxuduqlarını təkrar edib və azan qutardıqdan sonra da azan duası oxuyub. Camaata dua etdirdiyinə dair hər hansı bir rəvayət yoxdur. ((Baxın: Buxari, Əzan, 8.))
Camaatla edilən dualar haqqında məlumat əldə etmək üçün aşağıdakı keçiddə olan cavabımızı oxumağınızı tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/2059.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.