Müsəlmanlar
İşləyə bilməyən əlil pulunu faizdə qiymətləndirə bilər?

İşləyə bilməyən əlil pulunu faizdə qiymətləndirə bilər?

Sual: Maddi vəziyyəti yaxşı olmayıb və daimi bir gəliri olmayan və əlil olduğu üçün iş imkanı da olmayan birinin bir miqdar pulu var. Bu adam dolanışığını təmin etmək üçün pulunu banka verib faizindən istifadə edə bilər?

Cavab: İslam dini faizi qəti surətdə bütün müsəlmanlar üçün haram buyurub. Adamın əlil olmağı, işləyə bilməməsi, ticarətdən anlamamaq və sairə kimi hallar onun faiz almağı üçün haqlı bir səbəb ola bilməz!

Allah Təala belə buyurub:

“Faiz yeyənlər, şeytanın arxasınca düşüb ağlını aldığı şəxsin davranışından fərqli davranmırlar. Bu onların: “Alış-veriş də eynilə faiz kimidir”, –  demələri ucbatındandır. Halbuki, Allah alış-veri halal, faiz almağı isə haram buyurmuşdur. Hər kəs Rəbbindən gələn bir nəsihətlə faiz almağı kəssə (bu işə son versə), bir də faiz almasa, keçmişdə olanlar onundur. Onun işi Allaha aiddir. Faiz almağa davam edənlər isə o atəşin dostudurlar (cəhənnəmlikdirlər) və həmişəlik orada qalacaqlar!

Allah faizi dara salar, məhv edər, zəkatları isə artırar. Allah nankor günahkarların heç birini sevməz!

İman gətirən, xeyirli işlər görən, namaz qılan və zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu olmaz və qəm-qüssə yeməzlər.

Ey möminlər! Allahdan qorxun! Əgər, həqiqətən iman gətirmisinizsə, faizdən qalan nə varsa, onları tərk edin (faizdən qalan məbləğdən vaz keçin)!

Əgər bunu etməsəniz, bilin ki, Allah və onun elçisi tərəfindən bir müharibə ilə üz-üzəsiniz! Yox, əgər tövbə etsəniz, mayanız (sərmayəniz) sizindir! Beləliklə, nə siz haqsızlıq edərsiniz, nə də haqsızlığa uğrayarsınız. (Bəqərə, 2/275-279)

Adam pulunu şəxsən özü ticarət edərək qiymətləndirmə imkanına sahib deyilsə, halal bir yolla sərmayə edərək, etibar etdiyi insanlarla müxtəlif şəriklik edərək və faizsis işlədiyi qəti olan maliyə təşkilatları ilə qazanc-zərər şərikliyi prinsiplərinə əsasən qiymətləndirə bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.