Sual: Eşitmişəm ki, Məhərrəm ayında tutulan orucda bəzi qidaları yemək olmaz. Su da içmək olmaz. Deyirlər ki, bu ayı oruclu keçirdikdə qurban da kəsilməlidir. Mən bu ayı oruclu keçirmək istəyirəm. Nəyə fikir verməliyəm? Ümumiyyətlə Məhərrəm ayına məxsus ibadətlər var?
Cavab: Məhərrəm ayında tutmaq istədiyiniz orucun digər aylarda tutduğunuz və ya tutacağınız orucdan bir fərqi yoxdur. Hansı ayda tutulmasından asılı olmayaraq orucun şərtləri dəyişməz. Yəni, istər fərz (vacib), istərsə sünnə (müstəhəb) olsun, oruc vaxtı qadağan olan şeylər eynidir. Bunlar: Yemək, içmək və cinsi əlaqədə olmaq.
Əlavə olaraq; digər aylarda olmayıb, təkcə Məhərrəm ayında olan xüsusi bir ibadət də yoxdur. Eyni zamanda bu ayı tamamilə oruclu keçirmək tövsiyə olunmur. Qurban kəsmək də tələb olunmur.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə baxmağınız məsləhətdir:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.