Sual: İslam dinində cadu-piti ilə məşğul olana və bu işi gördürənə nə kimi günah yazılır?
Cavab: Cadu hədəfə götürdüyü kütlənin bilmədiyi üsullarla fövqəladə gücə sahibolma təəssüratı yaradaraq insanlara təsir göstərib xeyir, mənfəət təmin etməyə hesablanmış söz və əməllərdir. Yalana əsaslandığı üçün cadu vasitəsilə heç bir nəticə əldə etmək olmaz. Allah belə buyurmuşdur:
“Cadugər harada olursa olsun, məqsədinə çata bilməz.” (Taha, 20/69)
Sehrbaz-cadugər fövqəlbəşər güclərə malik imiş kimi hərəkət edir və özünü ilah yerinə qoyur. Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
“Kim sehrlə məşğul olsa, şirk günahına batar.” ((Nəsai, Təhrim, 19.))
Yeri gəlmişkən, gələcəkdən xəbər verdiyini irəli sürən insanlar da var. Peyğəmbərimiz bununla əlaqədar olaraq belə buyurub:
“Gələcəkdən xəbər verən şəxsin yanına gedib bir şey soruşan və onun dediyini düzgün qəbul edən şəxsin namazı 40 qırx gün qəbul olunmaz.” ((Müslim, Salam, 125 (2230).))
Burada namazın qəbul olunmamağı ifadəsi ilə bu cür insanların qıldıqları namazdan heç bir savab ala bilməmələri nəzərdə tutulur. Başqa cür desək, onların həmin namazları sonra təzədən qılmağı lazım gəlmir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.