Müsəlmanlar
Gündə 3 dəfə dərman qəbul edən xəstə oruc tutmasa, olar?

Gündə 3 dəfə dərman qəbul edən xəstə oruc tutmasa, olar?

Sual: Mədəmdən əziyyət çəkirəm. Gündə 3 dəfə acqarına dərman qəbul etməliyəm. Dərman atmadığım vaxt qusuram. Dərman atsam, orucum pozular? Ya da bu halda oruc tutmaq mənə vacibdir?

Cavab: Mütləq dərman qəbul etməlisinizsə, yaxşılaşıb sağalana qədər oruc tutmaya bilərsiniz. Allah tərəfindən xəstələrə belə bir icazə verilib. Tuta bilmədiyiniz günləri  Ramazan ayından sonra qəza edib oruc borcunuzu tamamlamalısınız.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/3708.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.