Sual: Mən hamiləyəm. Oruc tutanda bədənimə çox istilik gəlir, narahat oluram. Orucumu pozsam, günah olar? Ya da belə soruşum: Hamilələr oruclarını poza bilərlər?
Cavab: Özündə və ya uşağında bir problem yaranmağından ehtiyat edən hamilə qadınlar oruc tutmaya bilərlər, yaxud da tutduqları orucularını poza bilərlər. Bu vəziyyətdə tutmadıqları və ya pozduqları gün qədər Ramazandan sonra qəza orucu tutmalıdırlar.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/1922.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.