Sual: Biz hər il Ramazan ayında bir problemlə üzləşirik. Belə ki, anamız iftarı gecikdirir. Atam isə deyir ki, əzan oxunan kimi iftara başlayın. Biz onların hər ikisinin xətrini çox istədiyimiz üçün nə edəcəyimizi bilmirik. Siz nə məsləhət görərdiniz?
Cavab: Oruc tutan şəxs günəş batdığı vaxt iftar edə bilər. Bunda dini cəhətdən heç bir problem yoxdur. Namaz təqvimlərində iftar vaxtları baxımından bir qüsur yoxdur.
Odur ki, siz əzan oxunan kimi orucunuzu aça bilərsiniz. 30 dəqiqə əlavə müddətə ehtiyac yoxdur.
Əlsində problem imsak vaxtındadır. Namaz təqvimlərinə əsasən insanlar 50 dəqiqədən çox oruc tuturlar. Çünki sübh əzanı tez oxunur və oruc tutanlar əzanı eşidən kimi yemək-içməyi dayandırmalı olurlar.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə baxa bilərsiniz:
http://www.muselmanlar.com/xususi-kateqoriyalar/ramazan/2376.html
http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/4846.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.