Müsəlmanlar
Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir?

Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir?

Sual: Mən qanuni formada siyasi fəaliyyətlə məşğul olan bir partiyada işləyirəm. Məlumdur ki, işlə əlaqədar olaraq bəzən müəyyən mərasimlərdə iştirak etmək lazım gəlir. Həmin mərasimlərdə hamılıqla Atatürk heykəlinin qabağında durub onu 1 dəqiqəlik sükutla yad edirik. Heykəlin qarşısına əklil qoyub təzim edirik. Sualım budur: Bunun dini cəhətdən bir eybi varmı? Görəsən, bu, Allaha şərik qoşmağa bərabər bir hərəkətdir, yoxsa yox?

Cavab: Bir insanın başqa bir insanın qabağında ayaq üstə durmağı, ya da bir heykəlin qabağında durub təzim etməyi dinimizə əsasən düzgün deyil. Ancaq qeyd edilməlidir ki, Atatürkün heykəlinin qabağında duranlar ona sitayiş etmək məqsədi güdmürlər; yəni, onu özləri ilə Allahın arasında vasitəçi hesab etmirlər. Heç kim onun heykəlindən kömək də istəmir. Heç kəs ona qurban da kəsmir.

Ona görə də sualınızda qeyd etdiyiniz 1 dəqiqəlik sükut ehtiram məqsədi daşıyır. Odur ki, burada bütə pərəstiş etməkdən söhbət gedə bilməz. Bütlərə sitayiş edənlər onların mənəvi şəxsiyyətini ilahlaşdırıb Allahla özlərinin arasına qoyur və onlardan kömək istəyirlər. Allaha şərik qoşmaq da məhz budur.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.