Müsəlmanlar

Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır?

Sual: Mənim bir dostum var. Günah olduğunu bilə-bilə bəzi işlər gördük. İndi də evlənmək istəyirik. Evlənəndən sonra bu günahlarımıza görə yenə cəza çəkəcəyik? Əgər tövbə etməliyiksə, nə cür olmalıdır?

Cavab: İslam dininə əsasən bir-birinə nikah düşən kişi ilə qadın aralarında nikah bağlanana qədər yad hesab olunurlar. Buna görə də flirt, sevgili olmaq və dostluq kimi şeylər də qəbuledilməzdir. Çünki insanı zinaya aparan hər şey haramdır. Allah belə deyir:

Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur. (İsra, 17/32)

“Mömin kişilərə de, gözlərini (baxışlarını) aşağı salsınlar və ədəb-ərkan yerlərini qorusunlar…” (Nur, 24/30)

“Mömin qadınlara da de, gözlərini (baxışlarını) aşağı salsınlar və ədəb-ərkan yerlərini qorusunlar…” (Nur, 24/31)

http://www.muselmanlar.com/fitvalar/1969.html

http://www.muselmanlar.com/fitvalar/1445.html

http://www.muselmanlar.com/fitvalar/4755.html

Əgər Allaha qəti bir söz verib tövbə etsəniz və evlənənə qədər bir-birinizdən uzaq dursanız, Allah Təala sizi bağışlayar. Çünki Quranda belə deyilir:

“Ancaq bundan sonra tövbə edib düzələn kəslər üçün söz yoxdur. Çünki Allah bağışlayandır, mərhəmətlidir.” (Nur, 24/5)

“Ancak, bunun ardından tevbe edip düzelen kimseler için söz yoktur. Çünkü Allah bağışlayıcıdır, merhametlidir.” (Nur 24/5)

Amma tövbə edən, iman gətirən və saleh əməllər edən istisnadır. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayandır, mərhəmət edəndir”. Kim tövbə edib yaxşı hərəkət edərsə, şübhəsiz ki, o, tövbəsi qəbul edilmiş qaydada Allaha qayıdar.” (Furqan, 25/68-71)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.