Müsəlmanlar
İslamda isqatu-s-səlat deyilən bir şey var?

İslamda isqatu-s-səlat deyilən bir şey var?

Sual: Bizim rayonda (İsparta, Türkiyə) bir nəfər öləndə: “Altı üstü və 3 savm (oruc), 2 and”, - deyir və camaata 35 lirə pul paylayırlar. Həmin 3 savm və 2 andı mərhumun ölməmişdən qabaq tuta bilmədiyi və tutmadığı oruc və andlarının kəffarəsi üçün yerinə yetirirlər. Bu məsələ İslama nə dərəcədə müvafiqdir?

Cavab: Fiqh elmində (İslam hüququ) bu məsələ “isqatu-s-səlat (namaz borcunu aradan qaldırmaq) və “isqatu-s-savm (oruc borcunu aradan qaldırmaq)” kimi bilinir. Lakin mövcud olan bütün dəlil-sübutlar belə bir şeyin qeyri-mümkün olduğunu göstərir. Allah belə deyir:

وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ

“Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Münafiqun, 63/10-11)

Ölən şəxsin özündən sonra qoyduğu mal-mülk varislərinə məxsus olur. O öldükdən sonra həmin mallar varislərə keçdiyinə görə ondan ölənin adından nəsə xərcləməkdən söhbət gedə bilməz.

عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ

“Hər insan nəyi etmiş, nəyi sonraya saxlayıbsa, onu biləcəkdir.” (İnfitar, 82/5)

Bir dəfə əshabələrdən biri Muhəmməd peyğəmbərin (s. a. v.) yanına gəlib belə soruşdu:

– Hansı sədəqə daha yaxşıdır?

Peyğəmbər bu suala cavab olaraq belə dedi:

“Bu, sənin sağlam, olduqca xəsis olduğun, kasıblıqdan qorxan və varlı olmağı arzuladığın bir vaxtda verdiyin sədəqədir. (Odur ki) Bu işi can boğaza yetişib: “Filankəsə bu qədər, filan adama da bu qədər”, – deyənə qədər gecikdirmə. Diqqət yetir, o mal onsuz da o filankəsin olubdur.” ((Buxari, Vəsaya, 7. Baxın: Buxari, Zəkat, 10; Müslim,  Zəkat, 92 (1032).))

http://www.muselmanlar.com/fitvalar/3390.html

Yeri gəlmişkən, Türkiyə diyanət vəqfi tərəfindən nəşr olunan İslam ensiklopediyasında bu məsələ ilə əlaqədar olaraq məlumatlar var:

“Bu isqat namaz, oruc, qurban, nəzir və kəffarə kimi ibadət və borcları ifadə etmir; ölən bir nəfəri həmin borclardan xilas etmək üçün kasıblara fidyə verməyi bildirir. Həzrəti peyğəmbər, əshabələr, tabein və ətbəi-tabein dövrlərində bu mənada bir isqat olmayıb.

İbadətlər və bu xüsusiyyətə malik olan kəffarələr Allahın haqqı hesab edilir. Ona görə də onlara bir qayda olaraq isqat tətbiq etmək olmaz. Dini öhdəliklərin yerinə yetirilməsi məsələsində şəxsin niyyəti və ibadətin Allah rizası üçün olmağı ibadətin əsasını təşkil edir. İbadətin yerinə yetirilmə forması isə onun fiziki tərəfini təşkil edir. Odur ki, ibadətlər ancaq Allahın müəyyən etdiyi səbəblərdən asılı olaraq və Onun əmr etdiyi kimi yerinə yetirilsə, həyata keçirilmiş hesab olunur.” ((Baxın: Ali Bardakoğlu, “Iskat”, qeyd edilən mənbə, 19-cu cild, s. 137-143.))

Nəticə olaraq, sualınızda qeyd etdiyiniz mənada isqat mümkün deyil. İslamda belə bir şey yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.