Müsəlmanlar

Pleysteyşın klub açmaq və ordan pul qazanmaq düzgündür?

Sual: Mənim bir pleysteyşın klubum var. Burda müxtəlif oyunlar oynanır. Klubda çay, kofe, sok və peraşki kimi şeylər də satıram. Bu işdən pul qazanmağım dinə əsasən düzdür?

Cavab: Müsəlman bir şəxs: “Yeniyetmə və cavanlar gəlib vaxtlarını hədər yerə keçirsinlər, qumara vərdiş etsinlər, siqaret çəksinlər” – deyə, oyun klubu aça bilməz, haramdır. Ancaq cavanları boş-boş gəzməkdən, eləcə də, çayxanalarda vaxt öldürməkdən xilas etmək və heç olmasa, faydalı bir işə istiqamətləndirmək məqsəd və niyyəti varsa, bu işi məqbul hesab etmək olar.

Sualınızda qeyd etdiyiniz kimi, söhbət qumar və qumaraoxşar haram və pis vərdişlər yaratmayan oyunların oynandığı, halal qida məhsullarının (içilən şeylər də buna daxildir) satıldığı bir klub-kafedən gedirsə, onu işlətməyin bir eybi yoxdur.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/296.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.