Müsəlmanlar
Peyğəmbər Xəndək döyüşündən sonra Məkkəyə nə məqsədlə getdi?

Peyğəmbər Xəndək döyüşündən sonra Məkkəyə nə məqsədlə getdi?

Sual: Həzrəti Muhəmməd Xəndək döyüşündən sonra Məkkəyə hansı məqsədlə getdi? Niyyəti nə idi? Həcc ziyarəti, yoxsa ömrə? Mənbələrdə bu barədə müxtəlif rəvayətlər var.

Cavab: Bununla əlaqədar Quran ayələrinə baxdıqda belə məlum olur ki, peyğəmbərimiz (s. a. v.) həmin vaxt oraya Həcc ibadətini yerinə yetirmək üçün gedib. Buna ən güclü sübut onun oraya qurbanlıq heyvanlarla getməyidir. Fəth surəsinin 25-ci ayəsində: Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını öz yerinə gedib çatmağa qoymayan kimsələrdir”, – deyilir. Belə çıxır ki, oraya aparılmaq istənən heyvanlar qurban bayramı üçün nəzərdə tutulmuş qurbanlıqlardır. Çünki ömrə üçün qurban kəsilmir. Həcc üçün də qurban kəsilmir, sadəcə olaraq Həcc mövsümündə həcc və ömrə ziyarətlərini birləşdirənlər qurban kəsməlidirlər. Bu isə ayrı bir məsələdir.

Bir sözlə, peyğəmbərimizin Mədinədən Məkkəyə gedərkən apardığı heyvanların hamısı udhiyyə adlandırılan qurban bayramı heyvanlarıdır. Qurban bayramı isə ancaq Həcc vaxtı olur. Bütün hədis rəvayətləri, eləcə də, ayələr bunun belə olduğunu göstərir.

Nəticə olaraq peyğəmbərimiz o vaxt Məkkəyə Həcc məqsədilə gedib.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.