Sual: Mən təzəliklə hicab bağlayıram. Yoldaşımla istirahətə gedəcəyik. Heç kimin olmadığı bir yerdə (təkcə ərim və mən olacağıq) dəniz kənarında başımı açıb çimərlik geyimi ilə dənizə girsəm, olar? Bu, günahdır? Anam deyir ki, qızım, Allah onsuz da hər şeyi görür, mələklər də görürlər, olmaz. Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?
Cavab: Əgər ərinizdən başqa bir kişi tərəfindən görülməyəcəyinizdən tam arxayınsınızsa, çimərlik geyimi ilə dənizə girməyinizin bir eybi yoxdur. Amma bu, o qədər də asan məsələ deyil. Odur ki, diqqətli olmalısınız.
http://www.muselmanlar.com/fitvalar/684.html
Bunu bilməlisiniz ki, Allahın görə bilmədiyi bir yer yoxdur. Amma bu o demək deyil ki, qadın həmişə hicabda olmalıdır. Qadın sadəcə olaraq ona dini cəhətdən yad hesab olunan kişilərin yanında örtülü olmalıdır. Bundan başqa atasının, uşaqlarının, eləcə də, qardaş və qayınatasının yanında başı, qolları və dizdən aşağı ayaqları açıq halda ola bilər. Ərinin yanında isə hər yeri açıq ola bilər. Allah onları orada da görür!
Məlumat üçün aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/4319.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.