Sual: Qurandakı hədd cəzalarının tarixiliyini müdafiə etmək mümkündür?
Cavab: Tarixilik məsələsi indi geniş yayılmış mənası ilə peyğəmbərimizi (s. a. v.) tarixin hər hansı bir dövründə bir ərazidə hökm sürmüş bir hökmdar və ya belə bir yerdə hakim olmuş bir mütəfəkkir kimi qəbul edən, Qurani-Kərimi də həmin ərazidə və o tarixlə əlaqədar islahatlar tətbiq edən bir kitab hesab etmək kimi qəbul olunur. Bu iddianın qəbul edilməsi qeyri-mümkündür.
Çünki bu iddia peyğəmbərimizin axırıncı peyğəmbər, Qurani-Kərimin isə öz növbəsində Qiyamətə qədər qüvvədə olan sonuncu kitab olduğunu aradan qaldırmağa əsaslanır. Halbuki, Qurani-Kərimdə müəyyən bir hökmə əsaslandırılmış və nəsx edilməmiş məsələlərin heç birinin tarixiliyini, başqa sözlə, tarixin bir dövründə “qaldığını” iddia etmək olmaz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.