Sual: Tağutilik məfhumunu izah edərsiniz? Bu məfhumun əhatə etdiyi insanları kafir kimi səciyyələndirmək mümkündür?
Cavab: Tağut sözünün mənşəyi tüğyan sözüdür. Tüğyan isə üsyan etməkdə hədd-hüdudu aşmaq deməkdir. Tağut həddi aşanlara və Allahla bəndə arasında tanrı kimi qoyulan varlıqlara verilən ümumi addır. Bu söz həm tək, həm də cəm formada işlədilir. Sehrbaz (cadu-pitiylə məşğul olan), kahin, şeytan və xeyir işlərə mane olan hər varlığa belə demək mümkündür. Aşağıdakı ayəyə əsasən tağut haqq-hüquq tanımayan kəsdir:
“Bunları görmürsənmi, həm sənə endirilənə, həm də səndən əvvəl nazil edilənə inandıqlarını güman edirlər, həm də o tağutun qarşısında mühakimə olunmaq istəyirlər. Halbuki, bunlara əmr edilib ki, onları tanımasınlar. Həmin şeytan da bunları dərin bir zəlalətə salmaq istəyir” (Nisa, 4/60).
Tağutilik tağutun tərəfdarı olmaq deməkdir. Allah tağutun tərəfdarı olmağı qadağan etmiş və belə buyurmuşdur:
“Biz hər ümmətə: “Allaha ibadət edin və tağutdan uzaq durun”, – deyə bir elçi göndərmişik. Onlardan bəzilərini Allah öz yoluna qəbul etmiş, bəziləri də zəlalətdə qalmağa layiq olmuşdur. Yer üzündə gəzib dolaşın ki, o yalançıların aqibətini görün” (Nəhl, 16/36).
Belə olan halda, şüurlu surətdə tağutun tərəfdarı olanlar zəlalətdə qalmağa layiq olanlardır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.