Müsəlmanlar
Bəxt oyununda uduzduğum pulu təzədən udsam, xərcləyə bilərəm?

Bəxt oyununda uduzduğum pulu təzədən udsam, xərcləyə bilərəm?

Sual: Bir tale oyununda daxil oldum. 35 manat pul qoydum. Həmin oyunu internetdən oynadım. Nəticədə qoyduğum pulu uduzdum. Sonra elə oldu ki, 30 manat uddum. Arada 5 manat ziyanım var. Həmin pulu özümə xərcləsəm, olar? Dində buna nə deyilir?

Cavab: Bu cür oyunları oynamaq qumardır. Qumar oynayıb pul udmaq isə öz növbəsində haram bir əməldir. Odur ki, bu cür qazanılan pulu özünüzə xərcləyə bilməzsiniz. Dini cəhətdən icazə yoxdur. O pul heç bir təmənna olmadan kasıblara verilməlidir. Verildiyi vaxt qumar pulu olduğunu deməyə ehtiyac yoxdur.

Əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qumar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.