Müsəlmanlar

Bir kişi evdə arvad-uşağına pişnamazlıq edə bilər?

Sual: Bir kişi öz evində həyat yoldaşı və uşaqlarına pişnamaz olub namaz qıldıra bilər? Əgər bu mümkündürsə, namazda niyyət nə cür olmalıdır?

Cavab: Yaxşı olar ki, kişilər namazları məsciddə qılsınlar. Sünnəyə müvafiq olan budur:

http://www.muselmanlar.com/fitvalar/4672.html

Bununla belə, əzan oxunsa və camaat namazına çatmaq mümkün olmasa, namazı ailə üzvləri ilə birlikdə qılmaq ən yaxşı variantdır. Bu halda kişi öz arvad, ana, ata və ya uşaqları ilə birlikdə namaz qıla bilər. Bu məsələdə dini cəhətdən heç bir problem yoxdur. Sadəcə olaraq qadınlar kişilərin arxasında dayanmalıdırlar. Bu, müstəhəb bir əməldir və namazın ədəb-ərkan qaydalarından biri hesab olunur.

Evdə vacib deyil, müstəhəb namazları qılmaq yaxşıdır. Peyğəmbər (s. a. v.) vacib namazlarını məsciddə, müstəhəbləri isə evində qılırdı. Əshabələrinə də məsləhət görürdü ki, belə etsinlər. Bununla əlaqədar hədislərdən bəziləri belədir:

Zeyd ibn Sabitdən nəql olunur: Həzrəti Muhəmməd belə dedi:

“Ey camaat! Evinizdə namaz qılın. Çünki vacib namazın xaricindəki namazların ən məqbulu insnın öz evində qıldığı namazdır.” ((Buxari, Əzan, 81, Etisam, 3; Müslim, Səfərdə olanların namazı, 213.))

Abdulla ibn Ömərdən nəql olunan bir hədisə əsasən həzrəti peyğəmbər belə demişdir:

“Namazınızın bir hissəsini evlərinizdə qılın. Elə etməyin ki, oralar (evləriniz) qəbirə çevrilsin.” ((Buxari, Namaz, 52, Təhəccüd namazı, 37; Müslim, yenə orada; Əbu Davud, Tirmizi və Nəsai.))

“Sizin aranızdan bir nəfər namazını məsciddə qıldığı vaxt ondan evində də bir pay ayırsın. Çünki Allah bu namaza görə onun evinə xeyir-bərəkət verir.” ((Müslim, yenə orada; İbn Macə, İqamət, 186. Hədisi Cabir ibn Abdulla rəvayət edib.))

Namazda niyyət haqqında buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2924.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.