Müsəlmanlar
Bir gid turistləri apardığı müəssisədən komissiya haqqı ala bilər?

Bir gid turistləri apardığı müəssisədən komissiya haqqı ala bilər?

Sual: Mən gid işləyirəm. Bələdçilik etdiyim turistləri qiymət və keyfiyyəti münasib olan mağazalara apara bilərəm? Bilirəm ki, o mağazanın sahibi satdığı malların keyfiyyəti barədə yalan danışmır. Eyni zamanda o malları başqa bir yerdə ucuz almaq olmur. Belə olan halda turistləri həmin mağazaya aparsam, onlar da oradan nəsə alsalar və mağazanın yiyəsi bunun müqabilində mənə müəyyən qədər komissiya haqqı versə, olar? Bu, mənə halaldır? Bu komissiya haqqının müəyyən bir limiti var? Məsələn 5-20% kimi. Mən o mağazadan komissiya haqqı aldığımı turistlərə deməliyəm, yoxsa yox?

Cavab: Əgər məsələ sualınızda qeyd etdiyiniz kimdirsə, yəni, o mağazadakı (restoran, yeməkxana və sairə də buna daxildir) mallar turistlərə də adi qiymətlə satılırsa, problem yoxdur. Bu halda mağazanın sahibindən komissiya haqqı ala bilərsiniz.

Əgər sizə verilən pul turistlərə satılan malların qiymətinə əlavə olunursa, yəni, nəticə etibarilə bu məbləği də turistlər ödəyirlərsə, bu, halal deyil. Çünki İslam dininə əsasən kimi isə (kim olursa olsun) aldatmaq qəbuledilməzdir. Təkcə turistləri bu haqda məlumatlandırmağınız və onların da qəbul etməsi şərti ilə halal ola bilər.

Yuxarıdakı şərtlər daxilində komissiya haqqının müəyyən bir limiti yoxdur.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.