Müsəlmanlar

Uşağa Aleyna adı qoymaq olar?

Sual: Aleyna adının mənası nə deməkdir? Deyilənə görə bu söz Quranda da var. Uşağa bu cür bir ad qoymağın nəsə bir eybi var?

Cavab: “Aleyna (علينا)” ifadəsi Ərəb dilində “üstünə, üstündə, üzərində” mənaları verən “alə” hərfi cərri ilə “biz” mənası daşıyan “na (نا)” müttəsil (bitişik) əvəzliyinin birləşməsindən yaranıb. Bunun mənası belədir: Bizim üstümüzə, bizim üstümüzdə, əleyhimizdə.

Məlum olduğu kimi, bu sözün tək başına heç bir mənası yoxdur.

Əlavə olaraq, bir sözün Quranda olmağı o demək deyil ki, onu uşaqlara ad qoymaq olar. Uşağa bir ad qoymaq üçün o adın Quranda olmağı da lazım deyil. Bizim mədəniyyətimizdə, eləcə də, İslamda belə bir qayda və şərt yoxdur.

Aleyna sözü Quranda olsa belə, öz özlüyündə müsbət bir məna ifadə etmir. Ona görə də sizə uşağınıza belə bir ad qoymağı məsləhət bilmirik.

Eyni zamanda bizdə belə bir ad yoxdur. Buna görə də uşağınıza ad qoyduğunuz vaxt bu amili də nəzərə almalısınız. Yaxşı olar ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan bir ad qoyasınız.

Uşaqlara veriləcək adlar barədə məlumat almaq üçün aşağıdakı linkə tuşlayın:

Uşaqlara veriləcək adlar necə olmalıdır?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.