Müsəlmanlar
Boykot edilən yəhudi və xristian mallarını almaq haramdır?

Boykot edilən yəhudi və xristian mallarını almaq haramdır?

Sual: Bəzi müsəlmanlar deyirlər ki, xristian və yəhudiləri iqtisadi cəhətdən tənəzzülə uğratmaq lazımdır. Buna görə də onların bəzi məhsul və mallarını boykot etmək lazımdır. Belə deyənlər həmin malları haram kimi səciyyələndirirlər. Bunun Quranda hər hansı bir sübutu var? Belə etmək İslam dininə əsasən nə dərəcədə düzgündür?

Cavab: Quranın Nəhl surəsinin 116-cı ayəsində belə deyilir:

“Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.”

Hər hansı bir şey sırf yəhudi və ya xristianın əlində olduğu üçün nə haram olur, nə da halal. Çünki həmin şeyin halal-haramlığına Allah qərar verib. Sən onu siyasi bir mövqe tutduğun üçün almaya bilərsən. Amma onunla əlaqədar halal-haramlıq hökmünü verə bilməzsən; buna heç cür ixtiyarın yoxdur. Onun haqqındakı qərar ancaq və ancaq Allah Təalaya məxsusdur. Odur ki, bir şey yəhudinin əlində olduğu üçün haram, müsəlmanın əlində olduğu üçün halal olmaz. İslamda belə bir şey yoxdur.

Bizdən tez-tez belə bir sual soruşurlar: “Bizim qonşumuz filan məzhəbdəndir, bizə bir qab yemək gətirdiyi vaxt onu yeməyib zibilə atırıq.”

O yeməyi necə atmaq olar? O qonşun səni insan hesab edir, qonşuluq münasibətinə fikir verir, sənə qiymət verib öz ruzisini səninlə bölüşür, sən də götürüb atırsan zibilliyə! Haram olan o yeməyi yemək deyil, atmaqdır.

Nəticə olaraq, bu məsələyə sualınızda qeyd etdiyiniz kimi yanaşmaq İslam dininə qətiyyən uyğun deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.