Sual: Biz 3 uşağıq. Yaşımız 50, 44 və 39-dur. Atamız sağdır. Hamımız bir yerdə yaşayırıq. Şərikli mallarımızı ayırmaq istəyirik. Bunu bərabər paylar halında bölməliyik, yoxsa hər kəsin öz yaşına əsasən?
Cavab: Miras mallarının bölüşdürülməsi məsələsində varislərin yaşı deyil, cinsiyyətləri, eləcə də, ölən şəxsə yaxınlıq dərəcələri nəzərə alınır. Əgər məsələ sualınızda qeyd etdiyiniz kimidirsə, miras belə pay olunmalıdır:
Əgər uşaqların hamısı oğlandırsa, miras bərabər qaydada 3 yerə bölünməlidir. Əgər uşaqlardan biri qızdırsa, mirasdan hər oğul 2 qız uşağı payı qədər almalıdır. Bununla əlaqədar Quran ayəsi aşağıdakı kimidir:
“Allah övladlarınız haqqında sizə (belə) tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır.” (Nisa, 4/11)
Sualınızda demisiniz ki, atanız sağdır. Ona görə də indi mirasın bölüşdürülməyindən söhbət gedə bilməz.
Əgər öz qazandığınız mal-mülk varsa, onları bölüşdürmək üçün bir və ya bir neçə hakim təyin edin və buna əsasən hərəkət edin.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.