Sual: Bəzən bəzi adamlar tərəfindən İslam dinini ərəbləşdirmək cəhdləri olur. Belə bir meyl İslamın özünə əsasən nə qədər düzgündür?
Cavab: Hər şeydən əvvəl bilmək lazımdır ki, İslam dini təkcə ərəblərə deyil, heç bir ayrı-seçkilik olmadan bütün bəşəriyyətə göndərilib. Quranda bununla əlaqədar olaraq belə deyilir:
وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir.” (Səbə, 34/28. Digər ayələr üçün baxın: Əhzab, 33/40; Ənbiya, 21/107)
İslam dinində irq və dilindən asılı olmayaraq bütün müsəlmanlar qardaş qəbul olunur. ((Hucurat, 49/10.)) Buna görə də millətçilik və nasizmin əsasını təşkil edən etnik nəsil üstünlüyü iddialarının hamısı bu din tərəfindən rədd edilir.
http://www.muselmanlar.com/fitvalar/4476.html
Odur ki, İslamın ərəbləşməsi və ya türkləşməsindən söhbət gedə bilməz.
Quran Ərəb dilindədir. Amma bu o demək deyil ki, Ərəb olmayan müsəlman xalqlar ərəbləşməlidir. İnsanlar sadəcə olaraq öz dinlərini daha yaxşı öyrənmək istəyirlər. Bu səbəbdən Ərəb dilini öyrənirlər. Bunun da ərəbləşməklə heç bir əlaqəsi yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.