Müsəlmanlar

Quran və Sünnədə evlənməyə münasibət

Sual: Qurani-Kərimdə evlənib ailə qurmaq barədə nə deyilir? Bəs Sünnə necə? Muhəmməd peyğəmbərin bu məsələyə baxışı necədir? Ümumiyyətlə İslam dininin bu mövzuya münasibəti nədən ibarətdir?

Cavab: Evlənib ailə qurmaq məsələsi Qurani-Kərimdə başda Bəqərə, Nisa, Nur və Təlaq surələri olmaqla demək olar ki, bütün surələrdə birbaşa və dolayı yolla ifadə edilir. Çünki boşanma, vərəsəlik (miras), nəsəb-süd-evlilik qohumluğu, vəsiyyət, örtünmək, ata-ana və qohum-əqrəbaya yaxşılıq, seksual xarakterli haramlara dair bəzi cəzalar və sairə kimi məsələlər evliliklə əlaqədardır.

Qurani-Kərimdə qayda-qanunların insanların evli-ailəli olması prinsipinə əsasən qoyulduğunu belə, deyə bilərik. Çünki evlilik demək olar ki, Quranın hər bir surəsinə nüfuz etmişdir. Quranda əsir müsəlman qadınlarla evlənmək əmri (Nisa, 4/25) ilə yanaşı, “Evlənin!” buyuruğunun açıq şəkildə Nisa surəsinin 3-cü ayəsində sadəcə olaraq bir dəfə, o da birdən artıq qadın almaq icazəsi ilə əlaqədar olaraq verilməsi yuxarıda qeyd etdiyimiz həqiqətin sübutudur.

Nəticə olaraq belə deyə bilərik:

Quranda: “Evlənin!” və: “Evləndirin!” kimi tapşırıqlar xüsusi olaraq bir dəfə qeyd edilir, lakin bütün Quran evlənib ailə qurmağa istiqamətləndirir.

Eyni hala həzrəti Muhəmmədin (s. a. v.) Sünnəsində də rast gəlmək mümkündür.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/1974.html

http://www.muselmanlar.com/kitablar/4420.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.