Müsəlmanlar
Həcci düzgün formada yerinə yetirmək üçün mütləq bir əmir olmalıdır?

Həcci düzgün formada yerinə yetirmək üçün mütləq bir əmir olmalıdır?

Sual: Xəlifə Əbu Bəkr həcc əmiri olduğu vaxt həzrəti Əli: “Mən bura əmir deyil, məmur olaraq gəldim” deyib. Onun bu sözü həcc əmirliyinin həccin şərtlərindən biri olduğunu göstərir? Yəni, həcc ibadətində mütləq bir əmir olmalıdır?

Cavab: Təbii ki, həcc əmirliyi deyilən bir vəzifə var. Çünki həcc böyük bir öhdəlikdir. Ciddi təşkilatçılıq tələb edir.

Həcc ziyarətinə gedənlər zilhiccə ayının 9-unda Ərəfata çıxmalıdırlar. Bir nəfər çıxıb deyəcək ki, bu gün zilhiccənin 8-idir. O biri də deyəcək ki, yox, bu gün ayın 10-udur. Belə hallar baş verir. Təcrübə belə göstərir. Elə isə bu iş üçün təyin olunmuş səlahiyyətli bir şəxs çıxıb deməlidir ki, bu gün filan gündür. Məsələ də bununla başa çatar. Əks təqdirdə, qarışıqlıq yaranır. Həqiqətən də, indiki dövrdə belə, 3 ayrı günə zilhiccənin 9-u deyənlər olur.

Halbuki Qurban bayramının günləri dəyişməməlidir. Həcc ibadəti cəm halda yerinə yetirilməlidir. Bütün bunları təşkil edib nizamlamaq üçün həcc əmiri olmalıdır. Yəni, bu, bir ehtiyacdır, zərurətdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.