Sual: Cudi sözünün mənası nədir? Cudi dağı haradadır? Həmin dağın Nuh peyğəmbərlə bir əlaqəsi olub?
Cavab: Cudi Qurani-Kərimə əsasən həzrəti Nuhun gəmisinin tufandan sonra üstünə çıxdığı dağdır.
Cudi sözü səxavətli olmaq mənası daşıyan cud sözündən əmələ gəlib. Dağın təpəsi ovucun içi kimidir. Tufandan sonra gəminin oturmağına və gəmidəkilərin sığınmağı üçün əlverişli olduğuna görə bu adı almış ola bilər. Yəni, belə bir ehtimal da var.
Bununla yanaşı, əgər Cudi sözünün mənasının üstündə dursaq, görərik ki, bu sözün çoxlu bitkisi olan yer, çox münbit bir yer kimi mənaları var. Əslində isə xüsusi isimlərdə məna axtarmaq çox da düzgün bir şey deyil.
Cudi dağı cənub-şərqi Toros dağlarının cənubunda – Türkiyə-İraq sərhədindən 15 km uzaqda, Dəclə çayının sahilində yerləşən Cizrə qəsəbəsinin 32 km şimal-şərqində yerləşir. Şırnak rayonundan bu dağa təqribən 17 km məsafə var. Dağın yüksəkliyi 2114 metrdir.
Quranın Hud surəsinin 44-cü ayəsində belə deyilir:
“(Sonra) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi (dağı) üzərində qərar tutdu. (Sonra) deyildi: “Məhv olsun zalım adamlar!”
Belə bir fikir var ki, Nuhun gəmisi tufandan sonra Ağrı dağına çıxıb. Amma bu, səhvdir. Çünki Qurana ziddir. Bu fikri Tövratla əsaslandırmaq istəyənlər var. Halbuki, Tövratda qeyd olunan ad bu deyil.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa cavabla da tanış olun:
http://www.muselmanlar.com/fitvalar/3288.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.