Müsəlmanlar
Mühyi nə deməkdir?

Mühyi nə deməkdir?

Sual: Mühyi nə deməkdir? Dini ədəbiyyatda rastlaşdığım bir sözdür.

Cavab: Muhyi Allahın adlarından biridir. Muhyi sözünün mənası ölüləri dirildən, can verən, həyatı xəlq edən, məxluqatı canlandıran deməkdir. Allahın öldürən mənası daşıyan Mumit adının ziddidir.

Quranın 2 yerində ((Rum, 30/50; Fussilət, 41/39.)) Allahın ölüləri dirildən (muhyi-l-mövta) adı qeyd edilir.

Allahın bu adı əsmayi-hüsna hədisində də qeyd olunub. ((Tirmizi, Dəavat, 82.)) Əlavə olaraq, həzrəti Muhəmməddən nəql olunan bir hədisdə belə deyilir:

“Tək Allahdan başqa ilah yoxdur. Onun heç bir şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. O, dirildir və öldürür”. ((Tirmizi, Dəavat, 36; Nəsai, Mənasik, 163; İbn Macə, Mənasik, 84.))

Qeyd edək ki, ehya (ihya) və muhyi sözləri eyni kökdən əmələ gəlib.

QEYD: Cavab hazırlandığı vaxt İbrahim Kafi Dönməzin rəhbərlik etdiyi heyət tərəfindən hazırlanan “İslamda inanc, ibadət və gündəlik yaşayış ensiklopediyası”ndan istifadə edilmişdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.