Müsəlmanlar

Camaata kömək üçün pulu faizlə banka qoymaq olar?

Sual: Mənim bankda saxladığım pulum var. O pulun faiz gəliri də var. Faizdən gələn pulu öz pulumdan ayırıb ehtiyacı olanlara borc verirəm. Onlar həmin pulu qaytardıqları vaxt yenə öz hesabıma köçürürəm, ancaq əsas pula qarışdırmıram. Bilirəm ki, faiz puludur. Mənim bu hərəkətim İslama əsasən düzgündür, yoxsa yox?

Cavab: Burada 2 məsələ var:

1) Təmənnasız borc vermək.

2) Bankda faizin müqabilində pul saxlamaq.

Banka faizin müqabilində pul qoymaq məqsəd nə olursa olsun, faizə şərik olmaq deməkdir. Bu isə İslama əsasən qətiyyən düzgün deyil. Faiz haramdır.

Siz möhtac olanlara dəyib toxunmayın! Camaata kömək etmək istəyirsinizsə, halal yollarla edin.

Allah faiz almağı haram edib. Ona görə də bunu heç bir şey haqlı çıxarda bilməz! Faizi caiz (dində icazə verilən) hala gətirən hər hansı bir səbəbdən söhbət gedə bilməz.

Faiz almaq və vermək elə bir şeydir ki, buna razı olub başladıqda davamı da gəlir. Allah gözəldir, gözəl olanı sevər. Haram bir işdən gələn gəlirlə xeyirxahlıq etmək olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.